ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi İrana qarşı hərbi əməliyyatlara müəyyən müddətlik fasilə verib.
Globalinfo.az-ın xəbərinə görə, Tramp deyib ki, bu addım Pakistanın xahişi ilə atılıb.
“Pakistanın feldmarşalı Asim Munir və Baş naziri Şahbaz Şərif əla insanlardır. Biz onları Hindistanla müharibədən çəkindirdik”, – deyə Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, lazım gələrsə, İranın elektrik stansiyalarına və körpülərinə zərbələr endirə bilər. O həmçinin iddia edib ki, ABŞ qüvvələri bir neçə gün əvvəl gecə saatlarında İrandan neft daşıyan 22 gəmini çıxarıb.
“Bir neçə gün əvvəl gecə vaxtı 22 gəmini çıxardıq. Onlar işıqsız hərəkət edirdilər, çünki radarları yoxdur. Məhz buna görə neftin qiyməti hazırda bir barel üçün 250 yox, 85–90 dollar səviyyəsindədir”, – Tramp vurğulayıb.
Əliyar Xəlil