GettyImages 2196459097 e1781887983277

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən maliyyə mərkəzlərindən birinə son bir həftə ərzində ikinci dəfə hücum edilib.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə “Saudi Press Agency” agentliyi məlumat yayıb.

Bildirilib ki, hücumun raketlər və ya pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirildiyi ehtimal olunur.

Hadisə nəticəsində azı 11 nəfər xəsarət alıb. Səudiyyə Ərəbistanı tərəfi hadisəni terror aktı adlandıraraq hücumda Yəməndəki radikal birləşmə “Ənsar Allah” hərəkatının üzvlərini – husiləri ittiham edir. Husilər isə hücuma görə məsuliyyəti hələ üzərlərinə götürməyiblər.

Daha əvvəl husilərin Ər-Riyadın qərbində yerləşən iki neft nəqli stansiyasına PUA-larla hücum etdikləri bildirilmişdi. Hücumlar nəticəsində genişmiqyaslı yanğınlar baş vermişdi.

Paylaş: