tramp

ABŞ Afrikadakı və Avropada bəzi səfirliklərini bağlayacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə “The Nyu York Times” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp eyni zamanda USAID-in büdcəsini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

“Prezident Tramp tərəfindən imzalanacaq icra sərəncamı layihəsi Afrika əməliyyatlarını ləğv edəcək və demokratiya, insan haqları və qaçqın məsələləri ilə məşğul olan büroları bağlayacaq. Sərəncam layihəsi Dövlət Departamentinin demək olar ki, bütün Afrika əməliyyatlarının ləğvi və qitədəki səfirlik və konsulluqların bağlanması da daxil olmaqla, kəskin şəkildə yenidən qurulmasını təklif edir”, – nəşr qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: