tramp zelenski 1024x576 1

ABŞ Prezidenti Donald Tramp iyulun 4-də telefon danışığı zamanı ukraynalı həmkarı Volodimir Zelenskiyə söz verib. O bildirib ki, Vaşinqton Kiyevə bacardığı qədər hərbi yardım göstərəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) məlumat yayıb.

“Söhbət zamanı Tramp Zelenskiyə deyib ki, o, Ukraynaya müəyyən növ silahların tədarükünün dayandırılması ilə bağlı göstərişlər verməyib və buna görə məsuliyyət daşımır”, – deyə bildirilib.

Qeyd edək ki,  iyulun 2-də ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri, dəqiq idarə olunan döyüş sursatları, “Hellfire” idarə olunan raketləri və “Stinger” insan daşına bilən raket sistemlərinin tədarükünü dayandıracağı bildirilmişdi. Daha sonra iyulun 3-də ABŞ prezidenti Vaşinqtonun Kiyevə hərbi yardımı davam etdirdiyini, lakin ölkəsinin də silaha ehtiyacı olduğunu açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: