ABŞ Prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatından israilli girovları dərhal sərbəst buraxmağı tələb edib.
Globalinfo.az xəbər verir ki, o bunun nəticəsində müharibənin bitəcəyini deyib.
“HƏMAS-a deyin ki, dərhal bütün girovları azad etsin. Nəticədə müharibə bitəcək”, – Tramp bildirib.
Rəsmi məlumatlara görə, hazırda Qəzza zolağında Fələstin tərəfi 48 İsrail vətəndaşını girov saxlayır.
Əliyar Xəlil
Globalinfo.az