251001 donald trump vl 1237p 008f6b

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Vaşinqton vaxtı ilə saat 21:00-da “Ölkənin vəziyyəti haqqında” müraciətlə çıxış edəcək.

Globalinfo.az bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp paylaşımında bildirib ki, müraciət Ağ Evdən canlı yayımlanacaq. O qeyd edib ki, ötən il ölkə üçün uğurlu olub və qarşıdakı dövrdə daha müsbət nəticələr gözlənilir.

Bu arada dekabrın 16-da Polşanın Baş naziri Donald Tusk Avropa liderləri ilə ABŞ Prezidenti arasında baş tutan telefon danışığından sonra Vaşinqtonun Ukraynaya hərbi təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu açıqlayıb.

“Politico” nəşrinin məlumatına görə, Ukraynanın ABŞ tərəfindən irəli sürülən təhlükəsizlik zəmanətləri təklifini qəbul etməsi üçün məhdud vaxtı var. Qəzet yazır ki, Ağ Ev Milad bayramına – 25 dekabr tarixinə qədər Ukrayna və Rusiya arasında sülh razılaşması istiqamətində irəliləyiş əldə etməyə çalışır.

Tahir Turan
Globalinfo.az

Paylaş: