Ukrayna Rusiya hərbi təyyarəsini məhv etdi – VİDEO

Rusiyaya məxsus hərbi təyyarə Sevastopol yaxınlığında dənizə düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev deyib.

“Hərbi təyyarə dənizə düşüb. Mən görürəm ki, Ukraynanın səhifələrində çoxlu məlumatlar dərc olunur. Mülki obyektlərə ziyan dəyməyib”, – Razvojayev qeyd edib.

Qubernatorun sözlərinə görə, pilot katapult edib. O, xilasedicilər tərəfindən sahilə yaxın ərazidən çıxarılıb, pilotun həyatı üçün təhlükə yoxdur.

Şəhərdə dənizlə sərnişin daşımaları dayandırılıb.

Ukrayna mediasında isə yayılan məlumata görə, təyyarə Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilib.