ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski telefon danışığında Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə X platformasında Amerikanın “Axios” internet portalının jurnalisti Barak Ravid məlumat verib.
Onun məlumatına görə, söhbət səhər saatlarında baş tutub və təxminən 40 dəqiqə davam edib.
Əliyar Xəlil