Tramp və Netanyahu senator Lindsi Qremin dəfn mərasimində görüşə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
O qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu senator Lindsi Qremin dəfn mərasimində iştirak etsə, onunla görüşə bilər.
“Mənim Benyamin Netanyahu ilə çox yaxşı münasibətlərim var. Əgər o da mərasimdə iştirak etsə, görüşəcəm”, – Tramp vurğulayıb.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə gündəlik brifinqdə bildirib ki, senator Lindsi Qremlə vida mərasimi iyulun 28-də Vaşinqtonda keçiriləcək. Donald Trampın da anım mərasimində iştirakı gözlənilir.
Əliyar Xəlil