maxresdefault 8

ABŞ Prezidenti Donald Tramp 1 iyul tarixindən etibarən Suriya ilə bağlı 2004-cü ildən qüvvədə olan sanksiya rejiminin ləğvinə dair fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.

Fərmana əsasən, ABŞ administrasiyası Suriyanın ümumi iqtisadi fəaliyyətinə tətbiq olunan sanksiyaları aradan qaldırır. Lakin sabiq prezident Bəşər Əsəd və onun yaxın çevrəsinə qarşı tətbiq edilən fərdi sanksiyalar qüvvədə qalacaq.

Qeyd edək ki, Vaşinqton bu addımı ölkədə sabitlik və sülhə keçidi dəstəkləmək məqsədilə atdığını açıqlayıb.

*** 22:19

ABŞ Prezidenti Donald Tramp yaxın saatlarda Suriyaya qarşı tətbiq olunan sanksiya proqramının ləğvinə dair fərman imzalayacaq. Bununla belə, sabiq prezident Bəşər Əsəd və onun yaxın ətrafına qarşı tətbiq olunmuş sanksiyalar qüvvədə saxlanılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirilən ənənəvi brifinq zamanı məlumat verib.

Prezident Suriyaya qarşı sanksiya proqramının ləğvini nəzərdə tutan icra sərəncamını imzalayacaq. Bu addım ölkənin sabitlik və sülh yolunda irəliləməsinə dəstək məqsədi daşıyır. Yeni fərman Suriyaya qarşı tətbiq olunan ümumi sanksiyaları ləğv edəcək, lakin keçmiş prezident Əsəd və onun tərəfdarlarına qarşı sanksiyalar qüvvədə qalacaq”, – deyə Livitt bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: