to

İsveç 1960-cı illərdən bəri ilk dəfə mülki əhalinin təxliyəsi üzrə təlim keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sveriges Radio” məlumat yayıb.

Tədbirlərin 2026-cı ilin payızında Qotland adasında keçirilməsi planlaşdırılır və təxminən 300 könüllünün iştirakı gözlənilir.

Daha böyük təlimlər 2027-ci ildə ölkənin şimalında keçiriləcək.

“1950-ci və 1960-cı illərdə bir neçə oxşar təlim keçirilib, onlardan ən böyüyü 1961-ci ildə Stokholmda  30.000 iştirakçı ilə baş tutub”, – deyə bəyanatda qeyd edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: