owl detail 620 e2662d48d6b4b16d2225447b3720f251

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın təsiri ilə Rusiyanı təhdid etməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Hill” nəşri Konqres üzvü Don Bekonun açıqlamasına istinadla məlumat yayıb.

Bekon bildirib ki, prezidentin həyat yoldaşı ona hər gün Ukraynada baş verən hadisələri danışır. Onun sözlərinə görə, bu təsirin nəticəsində Trampın mövqeyində dəyişikliklər müşahidə olunur.

Daha əvvəl Tramp Melaniyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyinə münasibət bildirərkən onu çox neytral və ağıllı adlandırmışdı:

“O, mənim kimidir: insanların ölməsini dayandırmasını istərdi”, – deyə ABŞ prezidenti qeyd etmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: