Tramp Netanyahu34

ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aun iki həftə sonra Vaşinqtonda görüşəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “i24” telekanalı məlumat yayıb.

Məlumata görə, Netanyahunun mayın 11-də görüş üçün Vaşinqtona gedəcəyi gözlənilir.

Qeyd olunur ki, danışıqların mövzusu münaqişənin vəziyyətindən və təhlükəsizlik durumundan asılı olacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: