Tramp bu dəfə onları hədəf aldı: “Biabırçılıqdır!”

tramp 3

ABŞ Prezidenti Donald Tramp daha bir media qurumunu hədəf alıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Həm NBC, həm də MSNBC, onların sahibi Brayan Roberts televiziya üçün biabırçılıqdır. Bu kanalların reytinqləri çox aşağıdır”, – deyə Ağ Ev sahibi bildirib.

Tramp həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin CBS-də yayımlanan “60 dəqiqə” proqramında çıxışından qəzəblənib.

Ukrayna lideri efirdə deyib ki, ABŞ Kiyevin tərəfində olmalı və Rusiya ilə danışıqları dəstəkləməməlidir.

Buna cavab olaraq, Tramp kanalın lisenziyasını ləğv etməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az