Tramp Maskın istəyini yerə saldı: “Mənə dedi ki…”

mask tramp1

“İlon Mask məndən yaxın dostunu ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin ( NASA ) direktoru təyin etməyimi istəyib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“O, çox yaxşı biri idi. Amma Maskın dostunun heç bir respublikaçıya ianə verməmiş mavi qanlı demokrat olduğunu biləndə təəccübləndim”, – deyə o bildirib.

ABŞ lideri Maskın dostunun NASA-ya rəhbərlik etməsini qeyri-münasib hesab edib.

Əliyar Xəlil
Globalinfo.az