2025 04 23 00 01 261yt5SMnMPh1WwLfiPuEI file

ABŞ Prezidenti Donald Tramp iyulun 25-dən 29-dək Böyük Britaniyaya səfər edəcək.

Globalinfo.az xəbər verir ki, səfər çərçivəsində onun Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə görüşü planlaşdırılıb. Bu, Trampın andiçmə mərasimindən sonra Böyük Britaniyaya ilk rəsmi səfəri olacaq.

Trampın Şotlandiyanın Tonberi və Aberdin şəhərlərinə gedəcəyi bildirilib. Səfərin həm siyasi, həm də şəxsi xarakter daşıyacağı gözlənilir. Çünki Trampın adıçəkilən bölgələrdə şəxsi biznes maraqları da mövcuddur.

Baş nazir Keir Starmer daha əvvəl verdiyi açıqlamada Avropanın ABŞ-dan Ukrayna məsələsində ayrılaraq müstəqil siyasət yürütməsi fikrini səhv adlandırmışdı.

Tramp–Starmer görüşünün gündəmində Ukrayna müharibəsi, NATO-nun gələcəyi və transatlantik münasibətlər kimi mühüm məsələlərin olacağı gözlənilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: