Tramp: “Avropalılar da bizim qədər Ukrayna üçün pul xərcləməlidirlər”

tramp ukrayna

Əgər mən o zaman prezident olsaydım, Putin Ukraynada müharibəni başlatmazdı.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaponiyada jurnalistlərə açıqlamasında deyib.

“Biz təhlükəsizlik istəyirik. Avropa bizdən daha az pul xərcləyir. Bizim xərcimiz 300 milyard dollardır, amma onların Kiyevə real köməyi 100 milyard dollardır. Ona görə də biz onlardan xərcləri bərabərləşdirməyi xahiş edirik” -, deyə o bildirib.

Tramp həmçinin Baydeni avropalılardan bu disbalansı düzəltməyi heç vaxt xahiş etməməkdə ittiham edib.

Əliyar Xəlil
Globalinfo.az