İsveçdə daha bir Qurani-Kərim yandırıldı – VİDEO

İsveçin paytaxtı Stokholmda yenə müqəddəs Qurani-Kərim yandırılıb.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, hadisəni artıq eyni səbəbə görə barələrində cinayət işi açılmış iraqlı miqrantlar Salvan Momika və Salvan Nacim törədib.

Belə ki, polisin icazəsi ilə keçirilən aksiyada jurnalistlər də daxil olmaqla, 60-ya yaxın insan toplaşıb.

Momika və Nacim müqəddəs kitabın bir nüsxəsini təpikləyib, üstünə çıxıb, sonra vərəqlərini yandırıblar.

Baryerin yanında dayanan müsəlmanlar belə bir hərəkətə etiraz ediblər. Onlardan biri “Kitab yandırmaq demokratiya deyil!”, – deyə uca səslə söyləyiblər.

Nümayişçilərdən biri Momikanın qarşısını almaq istəyəndə polis sərt reaksiya verib.

Təxribatdan sonra zirehli polis maşını ilə hadisə yerini tərk edən Momika və Nəcimi 10-u zirehli olmaqla 20 polis maşını və təxminən 150 polis müşayiət edib.