WhatsApp Image 2026 03 04 at 00.29.44 1

ABŞ Prezidenti Donald Tramp İspaniyanı ticarəti kəsməklə hədələyib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

ABŞ Prezidenti bildirib ki, Madrid administrasiyası Amerika hərbi bazasına girişlə bağlı Vaşinqtonun tələblərini rədd etdikdən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Onun sözlərinə görə, əgər mövqe dəyişməzsə, ABŞ İspaniya ilə bütün ticarət əlaqələrini dayandıra bilər.

Tramp xüsusilə Madrid rəhbərliyinin qərarını dostluq münasibətlərinə uyğun olmayan addım kimi qiymətləndirib və bunun nəticələrinin ciddi ola biləcəyini vurğulayıb.

Ev rəhbəri İspaniyanın NATO çərçivəsində müdafiə xərclərini də tənqid edib. O bildirib ki, alyans üzvləri üzərlərinə düşən maliyyə öhdəliklərini tam yerinə yetirməlidir və ABŞ təkbaşına daha böyük yük daşıya bilməz.

Tahir Turan
Globalinfo.az

Paylaş: