68fe6e67b19cc68fe6e67b19cd176150487168fe6e67b19ca68fe6e67b19cb

Tovuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, insident rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Paylaş: