Putin 1

Rusiya Prezidenti Vladimir Putin Kiyev və Odessanı ələ keçirməyi hədəfləyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Rusiya Ali Hərbi Komandanlığı Putini inandırıb ki, payıza qədər ordu Donbası tam şəkildə nəzarətə götürə bilər. Bildirilir ki, bundan sonra Kremlin Ukrayna ilə bağlı tələbləri daha da sərtləşəcək.

Moskvanın uzunmüddətli məqsədləri arasında Kiyev və Odessaya nəzarət də yer alır. Həmçinin Vladimir Putin ABŞ Prezidenti Donald Trampa Ukrayna lideri Volodimir Zelenskini Donetskin qalan hissəsindən imtina etməyə razı salmağı təklif edib.

Bunun 2025-ci ilin avqustunda Alyaskada keçirilən sammitdə səsləndirildiyi iddia olunur. Vaşinqtonda müzakirələr olsa da, Tramp Kiyevə şərtləri qəbul etdirə bilməyib”, – deyə bildirilib.

Nəşr yazıb ki, Kreml əvvəl müharibənin Rusiya lehinə bitəcəyini göstərməyə çalışsa da, indi Putinin ritorikasında dəyişiklik müşahidə edilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: