Tərtərdə minaya düşən şəxsdən xəbər var

Tərtərdə minaya düşən şəxsin vəziyyəti stabildir.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, xəstənin vəziyyəti hazırda stabildir və stasionar şəraitdə müalicəsi davam etdirilir:

“Tərtər sakini Babaşov Xəzər Taryel oğlu 26.04.2023-cü ildə Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. Xəstə üzərində sağ aşağı ətrafın, baldır hissəsinin aşağı 1/3-dən amputasiyası əməliyyatı icra olunub. Xəstənin vəziyyəti hazırda stabildir və stasionar şəraitdə müalicəsi davam etdirilir”.

Qeyd edək ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.