Türkiyədə zəlzələ oldu

Tuncelidə 4.1 maqnitudalı zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.