q%C9%99za 1

Tərtərdə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Globalinfo.az “Lent.az”a istinadla xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, Goranboy rayon sakini 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu ölüb.

Yük avtomobilinin sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: