“BakuBus” avtobusu tüstüləndi – Rəsmi açıqlama – VİDEO

Bakıda “BakuBus” avtobusunun tüstüləməsi haqda rəsmi məlumat yayılıb. 

Globalinfo.az bildirir ki, “BakuBus”dan Baku.ws-ə verilən məlumata görə, bu gün saat 00:27-də Şərifzadə küçəsində 7 nömrəli marşrut xətti üzrə hərəkət edən 99 JU 824 dövlət qeydiyyat nömrəli avtobus marşrut xəttinin fəaliyyətini bitirib qaraja gedərkən xırda nasazlıq səbəbindən tüstülənmə baş verib:

“Kadrlarda da göründüyü kimi avtobusun arxasınca avtobuslarımıza texniki xidməti həyata keçirən BMC servisin maşını hadisə yerinə gəlib və ilkin müdaxilədən sonra servis maşınının müşayəti ilə avtobus qaraja yönləndirilib”.

***11:06

Bakıda “BakuBus” avtobusu tüstülənib.

Globalinfo.az bildirir ki, bu barədə görüntülər Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Görüntüləri təqdim edirik: