Özünü “Telegram”ın rəhbəri Pavel Durovun 3 uşağının anası adlandıran İrina Bolqar ondan şikayətçidir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
O, oğlunu döydüyünə görə Durova qarşı iddia qaldırıb.
Qadın 2021-ci ildən 2022-ci ilə qədər Durovun kiçik oğluna qarşı fiziki zorakılıq tətbiq etdiyini iddia edib.
Onun sözlərinə görə, bu, uşaqda xəsarət, beyin silkələnməsi və yuxu problemlərinə səbəb olub.
Bundan əlavə, İrina Bolqar Pavel Durovun ayda 167 min dollar (təxminən 284 min manat) məbləğində aliment ödəməyi dayandırdığını bildirib.
Zaira Akifqızı
Globalinfo.az