emin mahmudov

Azərbaycan millisinin sabiq kapitanı Emin Mahmudovun milli karyerasını bitirməsinə ABŞ-ın Nyu York şəhərində də diqqət çəkilib. Futbolçunun fotosu şəhərin simvollarından sayılan “Tayms” meydanındakı böyük reklam ekranında nümayiş etdirilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, görüntülər Nyu Yorkda fəaliyyət göstərən “PR to SKY” şirkətinin sosial şəbəkə hesabında paylaşılıb.

Paylaşımda 33 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisindəki karyerasını başa vurduğu xatırladılıb.

Paylaş: