Türkiyəli professor İsmayıl Hakkı Aydın orbitə buraxılan minlərlə peyk, “Starlink” və “Neuralink” kimi texnoloji layihələrin pərdəarxası məqsədləri ilə bağlı qalmaqallı iddia səsləndirib.
Globalinfo.az-ın məlumatına görə, o bildirib ki, kosmosa yerləşdirilən 70 minə yaxın orbit peyki və yeni nəsil texnologiyalar təkcə sürətli internet təminatı üçün nəzərdə tutulmayıb.
“Neuralink nədir? Neyron – insan beyninin hüceyrəsidir. Niyə bu adı verdilər? Çünki sadəcə bir sensor vasitəsilə tək bir hüceyrəyə məlumat yükləyərək, insanlara uzaqdan istənilən xəstəliyi keçirmək mümkündür. Hətta lazım gələrsə, telefonunuzdakı bir tətbiqlə beyninizi belə silmək mümkündür. Cihazlar sizi izləyir və fikirlərinizi oxuyur.
Elə bilirsiniz istifadə etdiyiniz telefonlar, kompüterlər, evinizdəki televizorlar məsumdur? İnternetə girib bir geyim almaq haqqında düşünürsünüz, anında qarşınıza onun reklamı çıxır”, – deyə professor əlavə edib.
Mütəxəssis texnologiyanın bu təsirlərindən qorunmaq və zehni gərginliyi azaltmaq üçün insanlara “rəqəmsal oruc” tutmağı tövsiyə edib.
Əliyar Xəlil
Globalinfo.az