
1995-ci ildə müəmmalı şəkildə qətlə yetirilən Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) casusu Tarık Ümitin ölümü yenidən gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, 1995-ci ildə avtomobilindən qaçırılaraq qətlə yetirilən Ümitin ölümü 31 il keçməsinə baxmayaraq, hələ də müəmmalı qalır.
O, MİT-in ən gizli məlumatlarını və sui-qəsd siyahısını daşıyan gizli casus olub. Məlumata görə, T.Ümit 1995-ci il martın 2-də İstanbulun lüks məkanlarından birindən çıxaraq avtomobili ilə yola düşüb, lakin bundan sonra yoxa çıxıb və bir daha ondan xəbər alınmayıb. Bir neçə gün sonra avtomobili Silivri bölgəsi yaxınlığında yerləşən bir kənddə qapıları açıq və tərk edilmiş halda tapılıb. Baqajda əşyaları olduğu kimi qalıb, həmçinin avtomobilin açarı da üzərində olub. Lakin özü yoxa çıxıb.
T.Ümitin obrazı məşhur “Kurtlar vadisi” serialında da yaradılıb.
Bəs belə güclü MİT casusu necə öldürülüb?
Ətraflı videoda: