fede

“Vəzifədən getdiyimə görə Prezident Volodimir Zelenski ilə aramızda heç bir münaqişə yaşanmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov deyib.

Onun sözlərinə görə, Prezidentlə yekun görüşləri olmayıb, lakin bu, aralarında narazılıq olduğu və ya bir-birləri ilə əlaqəni kəsdikləri anlamına gəlmir.

“Biz dalaşmamışıq. Elə bir vəziyyət olmayıb ki, artıq bir-birimizlə ünsiyyət saxlamayaq”, – deyə Fedorov “Ukrayna Pravda” nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, əlaqələri hələ də davam edir və hazırkı vəziyyətdən elə çıxmaq lazımdır ki, nəticədə Ukrayna daha da güclənsin.

Xatırladaq ki, daha əvvəl Ukrayna KİV-ləri Mixail Fedorovun Prezident Zelenskiyə ultimatum verməyə cəhd göstərdiyini yazmışdı. Lakin Fedorov bu müsahibəsində istefasının Zelenski ilə şəxsi münaqişə nəticəsində baş vermədiyini vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: