ABŞ Prezidenti Donald Tramp Misirin Damietta limanında Amerika tankerinə edilən hücuma sərt reaksiya verib.
Globalinfo.az bu barədə “Bloomberg” məluçat yayıb. Tramp bildirib ki, Vaşinqton hadisəyə cavab olaraq İrana qarşı güclü hərbi zərbələr endirəcək.
Tramp media nümayəndələrinə açıqlamasında insident barədə artıq məlumatlandırıldığını qeyd edib.
“Biz bu vəziyyətlə məşğul olacağıq. Bu müddət ərzində onlara çox güclü zərbələr endirəcəyik”, – deyə ABŞ lideri bildirib.
Onun sözlərinə görə, hücumlara cavab vermək növbəsi artıq Vaşinqtonundur. Trampın açıqlaması Yaxın Şərqdə gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib.
Tahir Turan