“ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar, ehtimal ki, Rusiya və İrana qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinə qarşı çıxacaqlar”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
“Demokratlar sənədin ABŞ Prezidenti Donald Trampa gömrük rüsumlarının tətbiqi ilə bağlı daha geniş səlahiyyətlər verə biləcəyindən narahatdırlar.
Mərhum senator Lindsi Qreminin iştirakı ilə hazırlanmış qanunvericilik təşəbbüsü Rusiyanın enerji resurslarının ən böyük beş alıcısına qarşı 100 faizlik rüsumların, həmçinin Rusiyadan ABŞ-a bütün idxala 500 faizlik rüsumların tətbiqini nəzərdə tutur.
Qrem vəfat etməzdən bir gün əvvəl Senatın onun Rusiya ilə bağlı sanksiyalar haqqında qanun layihəsini Ağ Evlə razılaşdırdığını “sevinclə” açıqlamışdı. Bununla belə, qanun layihəsinin qəbul edilməsi sanksiyaların avtomatik tətbiq olunacağı anlamına gəlmir. Sənəd Prezidentə sanksiyaların tətbiq edilib-edilməyəcəyinə öz mülahizəsinə əsasən qərar vermək hüququ verir”, – deyə bildirilib.
Bundan əvvəl Donald Tramp demişdi ki, Qremin irəli sürdüyü Rusiya və onun ticarət tərəfdaşlarına qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi hazırda nəzərdən keçirilir.
ABŞ lideri vurğulamışdı ki, Qrem bu layihənin qəbul edilməsini çox istəyib.
Əliyar Xəlil
Globalinfo.az