312822 dk2f7iudbs 1

Yay aylarında istidən qorunmaq üçün ən çox istifadə olunan məişət cihazlarından biri kondisionerdir, lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, kondisionerdən düzgün istifadə edilmədikdə bu, sağlamlıq üçün müxtəlif problemlərə səbəb ola bilər.

Globalinfo.az xəbər verir ki, həkimlərin sözlərinə görə, açıq havadakı temperaturla otaqdakı temperatur arasında fərq 10 dərəcədən çox olmamalıdır. Əks halda, əzələ ağrıları, soyuqdəymə və tənəffüs yolları xəstəliklərinin yaranma riski artır.

Həmçinin kondisionerin uzun müddət fasiləsiz işləməsi otaq havasını qurudur. Bu isə gözlərin, burun selikli qişasının qurumasına və tənəffüs yolu infeksiyalarının artmasına səbəb ola bilər. Bu baxımdan cihazın hər iki saatdan bir qısa müddətə söndürülməsi tövsiyə edilir.

Daha ətraflı süjetdə:

Paylaş: