
Misirin Aralıq dənizi sahilindəki Dimyat limanında ABŞ-a məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankeri dronla vurulub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Britaniyanın dəniz təhlükəsizliyi şirkəti “Ambrey”ə istinadən məlumat yayıb.
Britaniya şirkəti insidentdən sonra iki tankerdə yanğın başladığını bildirib.
Hadisənin səbəbləri və hücumu həyata keçirən tərəf barədə hələlik rəsmi məlumat verilməyib.
Misirin “Al-Nahar” qəzeti Dimyat limanı yaxınlığında bir neçə qazdaşıyan tanker və yük gəmisində yanğın baş verdiyini, hazırda dəyən ziyanın hesablandığını yazıb.
Əliyar Xəlil
Globalinfo.az