WhatsApp Image 2026 04 10 at 10.39.27

ABŞ Prezidenti Donald Tramp administrasiyasında İranla bağlı fikir ayrılığı yaranıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İrana qarşı hava zərbələrinin genişləndirilməsinin tərəfdarı olub.

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn isə bu addımın ABŞ-ın hava hücumundan müdafiə (HHM) sistemləri ehtiyatlarının tükənməsi riskini artıracağını nəzərə almağa çağırıb.

Mənbələrin sözlərinə görə, Kuper hesab edib ki, genişmiqyaslı hava zərbələri İranın raket potensialını ciddi şəkildə zəiflədə və onun cavab hücumları imkanlarını əhəmiyyətli dərəcədə azalda bilər.

Bildirilir ki, onun mövqeyini ABŞ-ın müdafiə naziri Pit Heqset də dəstəkləyib.

Bundan əvvəl Mərkəzi Komandanlığın rəhbərinin İrana qarşı hava əməliyyatı planı hazırladığı barədə məlumat yayılmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: