“Putinə dedim ki, Ermənistanın xarici siyasətinin əsas məqsədi alternativ imkanlar yaratmaqdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan xalqı sözügedən siyasəti dəstəkləyib və ölkə alternativ istiqamətlər üzrə fəaliyyətini davam etdirəcək:
“Putinə bildirdim ki, Ermənistan mallarının Rusiya və Avrasiya İqtisadi Birliyinin (AİB) bazarlarına ixracı zamanı yaranan çətinliklər məhz bu alternativ siyasətlə əlaqələndirilir. Rusiya tərəfi də bu siyasətin legitimliyini qəbul edir”.
Paşinyan əlavə edib ki, mövcud vəziyyət Ermənistanın deyil, AİB-in problemidir:
“Əgər bu məsələ qısa müddətdə həllini tapmasa, bu, Avrasiya İqtisadi Birliyinin sonunun başlanğıcı ola bilər. Hazırda Ermənistanın birlikdə çıxmaq fikri yoxdur”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Tahir Turan
Globalinfo.az