
Livan Tehrandan Beyruta hərəkət etməli olan təyyarənin uçuşuna icazə verməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Günorta saatlarında hərəkət etməli olan təyyarə Beyrut tərəfindən uçuşa icazə verilmədiyi üçün hava limanını tərk edə bilməyib.
Livanda “Hizbullah” tərəfdarları hava limanının qarşısında yolu bağlayaraq tonqal qalayıb və verilən qərara etirazlarını bildiriblər.
İmam Xomeyni adına Beynəlxalq Hava Limanının direktoru Səid Çələndəri məlumatı təsdiqləyib və uçuşa icazə almaq üçün səy göstərdiklərini deyib.
Xatırladaq ki, daha öncə İsrail Ordusu İran İslam İnqilabı Keşikçiləri Korpusunun beynəlxalq uçuşlarla Hizbullaha pul daşıdığını iddia edib.
Aysel Əliyeva
Globalinfo.az