6180993c 39ff 3ff4 a8e5 42c998af59be 825

İsrailin Baş nazirinin ofisi Misir Xarici İşlər Nazirliyinin Qəzza zolağından insanların çıxarılmasını rəsmi Qahirə üçün “qırmızı xətt” adlandıran bəyanatını tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

“Misir Xarici İşlər Nazirliyi müharibə zonasını öz iradəsinə zidd olaraq tərk etmək istəyən Qəzza sakinlərini həbs etməyə üstünlük verir”, – ofis vurğulayır.

Bu gün səhər saatlarında Misir Xarici İşlər Nazirliyi köçürülmənin “Fələstin məsələsinin sonu” olduğuna dair bəyanat yayıb.

“İnsanların öz vətənlərindən qovulmasına heç bir hüquqi, mənəvi və əxlaqi əsas yoxdur”, – sənəddə deyilir.

Paylaş: