Həmçinin oxuyun:

İran kütləvi hücuma keçdi: İsrailin bütün ərazisi hədəfdə

partlayislar 134

İsrail ordusu İranın Energetika Nazirliyinin binasını vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

İran mətbuatına görə, İsrail son 1 saat ərzində bu obyektləri hədəf alıb:

-Fordo nüvə obyekti

-Rejimə qarşı olanların saxlandığı həbsxana

-Tehrandakı Şəhid Beheşti Universiteti

-Dövlət yayım qurumu (İran İctimai Yayım Korporasiyası)

-İnqilab Keşikçilərinin qərargahları

İran Energetika Nazirliyi

– “İsrailin Məhv Saatı”

***

İsrail İranda strateji əhəmiyyətli binalara zərbələr endirir.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Vurulan hədəflər arasında Fordo nüvə obyekti də var.

İsrail ordusu hazırda misli görülməmiş intensivliklə Tehranın mərkəzində rejimin hökumət və repressiya qüvvələrini vurur. İsrailə atılan hər bir raketə görə İran diktatoru cəzalandırılacaq və zərbələr tam qüvvətlə davam edəcək”, – Katz qeyd edib.

***

İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın dövlət televiziyasının “9 Dey” binasına raket zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ILNA məlumat yayıb.

***13:00

Tehranda bir neçə güclü partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “NourNews” agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrail İran Qızıl Aypara Cəmiyyətinin binalarından birinin yaxınlığındakı əraziyə hücum edib.

Paralel olaraq, İsrail ordusu da bununla bağlı məlumat paylaşıb.

İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hərbi hədəflərə bir sıra zərbələr endirib”, – deyə qeyd olunub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: