İran raketlər və kamikadze dronları ilə şimaldan cənuba bütün İsrail ərazisinə hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumat yayıb.
“İsrailin Tel-Əviv, Hayfa, Aşkelon, Aşdod, Akko, Safed və digər şəhərləri İranın raket zərbələrinə məruz qalıb”, – deyə bildirilib.
İsrail ordusunun məlumatına görə, hazırda hərbçilər təhdidlərin qarşısını almaq üçün çalışırlar.
“Yəhudi dövlətinin şimalındakı bəzi bölgələrə hava hücumu xəbərdarlığı edilib”, – deyə əlavə edilib.
Əliyar Xəlil
Globalinfo.az