Rusiyanın Ermənistandakı bazası mühasirəyə alındı – YENİLƏNİB

“Milli-demokratik qütb” təşkilatının Gümrüdəki Rusiya hərbi bazasının ətrafında təşkil etdiyi mitinq başa çatıb.

Erməni mediasının yaydığı məlumata görə, mitinqdə 100-ə yaxın insan iştirak edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox aksiyaçı saxlanılmışdı.

***13:45

Ermənistanda Rusiyanın Gümrüdəki bazasının mühasirəyə alınmasının növbəti mərhələsi başlayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı ultrasağçı Milli Demokratiya Qütbü Partiyası yayıb.

Partiya bu gün Gümrüdə etiraz aksiyası keçirməyə başlayıb. Aksiyanın 12:00-da başladığı bildirilib.

Partiya etirazların əsas hədəfinin Gümrü bazasını mühasirəyə almaq olduğunu açıqlayıb. Bununla onlar Rusiyaya Laçın yolundakı vəziyyətə görə etiraz etməyi planlaşdırdıqlarını bəyan ediblər.

Qeyd edək ki, bu, Gümrü bazası qarşısında artıq üçüncü mitinqdir.

İlkin Həsənov
Globalinfo.az