mirzoyan yeni

Ermənistan və Türkiyə birbaşa qarşılıqlı ticarətin rəsmiləşdirilməsinə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.

    O qeyd edib ki, əvvəllər gömrükdə satışlar texniki olaraq üçüncü ölkələr üçün rəsmiləşdirilirdi, fiziki olaraq isə Ermənistan və Türkiyə arasında mallar başqa yollarla — əsasən Gürcüstan vasitəsilə daşınmağa davam edir.

    “Sərhəd məsələsinə gəldikdə, əvvəllər dəfələrlə bildirdiyim kimi, proses o qədər yetişib ki, biz istənilən vaxt sərhədin açılmasına və diplomatik əlaqələrin qurulmasına keçə bilərik”, – Mirzoyan vurğulayıb.

    Paylaş: