Ermənistanda dövlət çevrilişinə cəhd oldu – VİDEO

Ermənistanda çevriliş cəhdinə hazırlaşayan 7 nəfər barəsində cinayət işi açılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində 3 nəfər saxlanılıb, 4-ü axtarışa verilib. Ümumilikdə 7 nəfərə cinayət işi açılıb. Onlardan 5-i Ermənistan vətəndaşı, ikisi isə Qarabağdan köçən ermənilərdir.

Məlumata görə, həmin şəxslər Rusiyada 220 min rubl müqabilində 3 aylıq təlim keçiblər:

“Onlara ağır silahlardan istifadə öyrədilib və İrəvana qayıtdıqdan sonra təqdim olunan plan üzrə hərəkət etmələri tapşırılıb. Həmçinin öyrəndiklərini başqalarına da öyrətmək və çevriliş üçün daha çox adam cəlb etmək əmri verilib. Yeni gələnlər “Arbat” adlı bazaya aparılıb və onlara da döyüş hazırlığı keçilib”.

Saxlanılanlar əvvəlcə əməllərini boyunlarına almasalar da, sonra etiraf ediblər.

Ayşən Mustafa
Globalinfo.az