doymek 1

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Muğan qəsəbəsində baş verib.

Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib.

Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə günə qaytaracağına söz verib. Mahir də onun sözünü yerə salmayıb və ona borc verib.

Hadisədən xeyli müddət keçməsinə baxmayaraq, Mahir bir neçə dəfə Akifdən pulunu istəsə də, o, vaxt istəməklə prosesi uzadıb. Çarəsiz qalan Mahir Akifin tanışları vasitəsilə ona xəbər göndərib və pula ehtiyacının olduğunu deyib. Bir gün sonra axşam saatlarında Mahir qohumugildən gələrkən Akif qəfil ona hücum edib və onu döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, Akif saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmədə tərəflər arasında barışıq elan olunub, zərərçəkmişə dəymiş ziyan ödənilib və cinayət işinə xitam verilib.

Paylaş: