elektrikk

“Əgər bütün dünyada elektrik şəbəkələri tamamilə çöksə, cəmi 75 gün sonra insanlıq böyük bir aclıq təhlükəsi ilə üz-üzə qalacaq”.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli araşdırmaçı yazar Ertan Özyiğit deyib.

“Bütün dünyada əgər bir “blackout” olarsa, yəni elektrikin getməsi, hər şeyin getməsi – 75 gün sonra insanoğlu ac qalar. Bir-birimizi yeyəcəyik, ya nə edəcəyik? Artıq nə olacağını bilmirik. Biz o qədər rahatlığa öyrəşmişik ki… Evimizə qədər gələn bir servis şəbəkəsi var, moto kuryerlər və sair. Ona görə də insanlar bu lüksün xaricində yaşaya bilmirlər”, – deyə o bildirib.

Müasir insanın rahatlıq standartlarına həddindən artıq aludə olduğunu vurğulayan yazar, hər hansı böhran zamanı cəmiyyətin instinktiv olaraq necə dəyişəcəyinə diqqət çəkib:

“Pandemiya zamanı ABŞ-də tualet kağızları, Türkiyədə isə zeytun yağı üçün marketlərdə dava edən insanları gördük. İnsanın fitrəti işin içinə girən zaman bu, böyük bir xaosa çevrilir, vəhşiləşir. Yəni, insan heç bağışlamaz, öldürər. İnsan çox təhlükəli bir məxluqdur”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: