Bu gün İrəvanın “Zvartnots” Aeroportunda sərhədçilər tərəfindən saxlanılan israilli bloger Aleksandr Lapşinin Ermənistana girişinə icazə verilib.
Globalinfo.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Aleksandr Lapşinin saxlanılması və sənədlərinin yoxlanılması formal xarakter daşıyıb.
XXX 18:58
Mən hazırda İrəvan Zvartnots hava limanında Azərbaycan və Rusiya Federasiyası tərəfindən axtarışa verilmiş siyahı əsasında saxlanılmışam.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu sözləri bloger, Azərbaycana qarşı iftiraları ilə tanınan Aleksandr Lapşin öz Feysbuk səhifəsində yazıb.
“Məndən onlarla birlikdə kabinetə getməyimizi tələb etdilər. Mən imtina etdim. Pasportumu götürdülər, mən bir saatdan çoxdur ki, pasport nəzarəti kabinələrinin qarşısında dayanmışam. Vəziyyət çox xoşagəlməzdir, media dəstəyinə ehtiyacımız var. Sərhədçilər erməni dilində danışırlar, mən ancaq “həbs” sözünü tuturam”, – Lapşin bildirib.