Tavuşda güclü partlayış: erməni əsgər yaralandı

Ermənistanın Tavuş vilayətinin İcevan rayonunda mina partlayışı qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Tavuşdan olan jurnalist Oskan Sərkisyan məlumat yayıb.

O bildirib ki, aprelin 4-də 1996-cı il təvəllüdlü əsgər minaya düşüb və nəticədə iki ayağı amputasiya edilib.

Hələ ki Ermənistan Müdafiə Nazirliyi hadisəyə münasibət bildirməyib.

Qeyd edək ki, bu, Ermənistanın mina terrorunu sərhədboyu ərazilərdə də davam etdiyini göstərir.

Əliyar Xəlil
Globalinfo.az