Tarixi səfər öncəsi İraqdan Türkiyəyə açıq mesaj: Buna icazə verməyəcəyik

“İraq torpaqlarının Türkiyəyə qarşı hücum meydanına çevrilməsinə icazə verməyəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani deyib.

O, prezident Rəcəb Tayyib Ərdoğanın 12 ildən sonra İraqa baş tutacaq səfərinə toxunub.

Terrorla mübarizədə Türkiyəyə dəstək verəcəklərini deyən Sudani Ərdoğanın səfərinin sıradan bir ziyarət olmayacağını bildirib.

Qeyd edək ki, Türkiyə rezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra ilk dəfə İraqa səfər edəcəyini açıqlayıb. Səfər zamanı yay aylarında keçirilməsi gözlənilən terrorla mübarizə əməliyyatlarının tam ətraflı şəkildə müzakirə olunacağı gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az