Tanınmış jurnalistin anası vəfat etdi

Tanınmış jurnalist Nərmin Əkbərlinin anası Fərqanə Əkbərova vəfat edib.

Bu barədə Globalinfo.az-a jurnalistin yaxınları məlumat verib.

Qeyd edək ki, pnevmaniyadan əziyyət çəkən 61 yaşlı F.Əkbərova 67 gün Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində müalicə almışdı. Palataya çıxandan az sonra isə evə buraxılmışdı. Onun müalicəsinin uğurlu keçdiyi, kritik vəziyyətdən çıxdığı bildirilirdi.

Nərmin Əkbərlinin anasının müalicəsi sosial şəbəkələrdə həmkarları tərəfindən gündəmdə saxlanılırdı. Onun müalicəsi külli miqdarda vəsaitə başa gəlmişdi və hələ də xəstəxanaya 23 min manat borc qalıb.