Onsəkkizmərtəbəli binanın liftindəki qəzanın təfərrüatı

Bakıda dörd nəfərin xəsarət alması ilə nəticələnən onsəkkizmərtəbəli binanın liftindəki qəzanın təfərrüatları məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı liftdə yeddi nəfər olub.

Sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Aşur Məmmədov gəlib.

Hadisə zamanı yeddi nəfərdən dördü xəsarət alıb.